Online radio

Bələdiyyə qulluqçuları

Məmmədov Qüdrət Ramiz oğlu

Vergilər üzrə rəis müavini

Məmmədov Qüdrət Ramiz oğlu 18 dekabr 1975- ci ildə Quba rayonu Rustov kəndində anadan olub. Orta təhsillidir . 2005-2007-ci illərdə “TRUST” şirkətində mühafizə xidmətində, 2007-2009-cu illərdə ”TNTER” şirkətində, 2010-2011-ci illərdə “Azər enerji” HMD mühafizə xidmətində çalışmışdır. 2013-cü ildən Xaçmaz şəhər bələdiyyəsi Vergilər və ödənişlər idarəsində Vergilər üzrə rəis müavini vəzifəsində işləyir. Ailəlidir.

Novruzbəyov Fuad Nöhbala oğlu

Ödənişlər üzrə rəis müavini

Novruzbəyov Fuad Nöhbala oğlu 26 mart 1969-cu ildə Xaçmaz rayonunda anadan olub. Orta təhsillidir. 1990-1993-cü illərdə Xaçmaz Dəmir yol stansiyasında işləyib. 2001-ci ildən Xaçmaz bələdiyyəsində YVÖ idarəsində rəis müavini vəzifəsində işləyib. Ailəlidir.

Bəşirova Aynur Ramiz qızı

Vergi borclarının alınması şöbəsinin rəisi

Bəşirova Aynur Ramiz qızı 10 iyun 1986-cı ildə Xaçmaz şəhərində anadan olub. Tam orta təhsillidir. 2012-2013-cü illərdə Xaçmaz şəhər 1 saylı Notariat kantorunda kargüzar vəzifəsində işləyib. 2013-cü il 1 fevral tarixdən isə Xaçmaz bələdiyyəsinin VBA şöbəsinin rəisi vəzifəsində işləyir. Subaydır.

Əsgərov Şahin Müzəffəroğlu

VBA şöbəsinin rəis köməkçisi

Əsgərov Şahin Müzəffər oğlu 2 iyun 1968-ci ildə Xaçmaz rayonunun Hacılar kəndində anadan olub. Tam orta təhsillidir. 1985 ci ildə Azərbaycan dəmir yolu EH mərkəzində operator-teletayp və elektron hesablama maşınları üzrə operator, 1988-ci ildə Azərbaycan Respublikası Xaçmaz MRX agent- ekspeditor vəzifəsində, daxili əmrə əsasən texniki təchizat şöbəsinin rəisi vəzifələrində işləyib. 2013-cü ildən Xaçmaz bələdiyyəsi YVÖ yerli vergi müfəttişi və hal-hazırda YVÖ (Yerli vergilər və ödənişlər) idarəsinin VBA şöbəsində rəis köməkçisi vəzifəsində işləyir.

Ələkbərov Elnur Turab oğlu

YVÖ idarəsində kargüzar

Ələkbərov Elnur Turab oğlu 16 aprel 1992-ci ildə Xaçmaz şəhərində anadan olub. Orta təhsillidir. İlk əmək fəaliyyətinə 2012-ci ildə Xaçmaz bələdiyyəsində YVÖ idarəsində YVÖ idarəsində kargüzar işindən başlayıb. Hal-hazırda Xaçmaz bələdiyyəsində çalışır. Subaydır.

Bahadırov Bəhruz Aslan oğlu

Vergi müfəttişi

Bahadırov Bəhruz Aslan oğlu 26 dekabr 1965-ci ildə Xaçmaz şəhərində anadan olub. “Bakı Plan-uçot Texnikumu”nun Plançı-texnik ixtisası üzrə təhsil alıb. 1989-cu ildə Xaçmaz rayon Maliyyə şöbəsində Müfəttiş, 2000-cı ildən Xaçmaz bələdiyyəsində Vergi müfəttişliyində Vergi müfəttişi vəzifəsində işləyir. Ailəlidir.

Atakişiyev Ruslan Rəşid oğlu

Vergi Müfəttişi

Atakişiyev Ruslan Rəşid oğlu 8 iyul 1989-cu ildə Xaçmaz şəhərində anadan olub. Orta təhsillidir. İlk əmək fəaliyyətinə “ART-siti” Reklam ofisində dizayner və 2013-cü ildən Xaçmaz bələdiyyəsində YVÖ-idarəsində yerli vergi Müfəttişi vəzifəsində çalışır. Subaydır.

Xudaverdiyev Elman Misirxan oğlu

Vergi müfəttişi

Xudaverdiyev Elman Misirxan oğlu 15 sentyabr 1984-cü ildə Xaçmaz şəhərində anadan olub. Orta təhsillidir. Azərbaycan Respublikasının Xəzər Dəniz Gəmiçiliyi məktəbini bitirib. 2009-cu ildə Türkiyə özəl şirkətlərində gəmiçi kimi fəaliyyət göstərib. 2012-ci ildə Xaçmaz rayon Kondinsator zavodunda 4- cü dərəcəli operator və 2013- cü ildən Xaçmaz bələdiyyəsində “YVÖ” idarəsində Vergi müfəttişi vəzifəsində çalışır. Ailəlidir.

Məmmədov Elnur Feyruz oğlu

Vergi müfəttişi

Məmmədov Elnur Feyruz oğlu 14 mart 1988- ci ildə Xaçmaz rayonun Xaspolad-oba kəndində anadan olub. Orta təhsillidir. 2011- ci ildən Xaçmaz bələdiyyəsində Vergi müfəttişi vəzifəsində çalışır. Ailəlidir.

Müştaqov Rasim Əlikram oğlu

Vergi müfəttişi

Müştaqov Rasim Əlikram oğlu 6 aprel 1990 - cı ildə Ukrayna Respublikasının Dneprodzerjinsk şəhərində anadan olub. Orta təhsillidir. 2011- ci ildən Xaçmaz bələdiyyəsində çalışır. Subaydır.

Rüstəmov Əsgərqulu Vahid oğlu

Vergi müfəttişi

Rüstəmov Əsgərqulu Vahid oğlu 23 avqust 1981-ci ildə Xaçmaz rayonunun İlxıçı kəndində anadan olub. 2002-2004- cü ildən Xaçmaz rayon O.Mehrəliyev adına orta məktəbdə GÇQH üzrə hərbi hazırlıq vəzifəsində, Quba rayon Hərbi hazırlıqda 4- cü bölmə Rəisi köməkçisi, 2009-cu ildən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tərkibində Milli ordu sıralarında Kiçik Komandir , 2012-ci ildən Xaçmaz rayon Regional Poçt şöbəsində Niyaz-oba İƏV - nin Poçt şöbəsində Şöbə rəisi vəzifələrində çalışıb. 2013- cü ildən Xaçmaz rayon bələdiyyəsində YVÖ idarəsindəVergi müfəttişi vəzifəsində çalışır. Ailəlidir. 2 övladı var.

Əliyev Etibar Bəxtiyar oğlu

Vergi müfəttişi

Əliyev Etibar Bəxtiyar oğlu 19 sentyabr 1990 - cı ildə Xaçmaz şəhərində anadan olub. Dərbənd Humanitar İnstitunu bitirib. 2013-cü ildə Xaçmaz şəhər bələdiyyəsində Vergi müfəttişi vəzifəsində çalışır. Subaydır.

Bağırov Novruz Nuruş oğlu

Vergi müfəttişi

Bağırov Novruz Nuruş oğlu 18 mart 1965- ci ildə Xaçmaz şəhərində anadan olub. 1985-ci ildə MBRS - də sürücü, 1988 - ci ildə “Avtobaza” da sürücü, 1993 - cü ildə “Kapital bank”da sürücü inkasatoru vəzifəsində və 2013 - cü ildən Xaçmaz bələdiyyəsində sürücü vəzifəsində çalışır. Ailəlidir. 2 övladı var.