Online radio

Üzvlər


Abbasov Vaseh Hüseyn oğlu
Bələdiyyə Üzvü.
I- ci müavin.


Abbasov Vaseh Hüseyn oğlu 21 avqust 1950 - ci ildə Quba rayonu Gümür kəndində anadan olub. 1978-ci ildə ADU-nin tarix fakultəsinin bitirib. 1978-1992-ci ilədək 92 N-li Peşə -litseyində tarix müəllimi vəzifəsində çalışıb. 1999-cu ildən Xaçmaz bələdiyyəsində I- ci müavin vəzifəsində işləyir. Ailəlidir . 4 övladı var.


Hacımirzəyev Vəlirza Vəlirza oğlu
Bələdiyyə Üzvü.
Müavin.


Hacımirzəyev Vəlirza Vəlirza oğlu 15 noyabr 1947-ci ildə Xaçmaz rayonu Pirqulu-oba kəndində anadan olub. Azərbaycan Politexnik İnstitu nəzlində Bakı Politexnikumunu bitirib. 1968-1973-cü illərdə Yol idarəsində , 1973-1976-cı ilədək Tikinti təşkilatında Böyük mühəndis, Rayon Aqrar Sənaye Birliliyində Böyük mühəndis, 1976-2001- ci illərdə Xaçmaz rayon İcraiyyə komitəsində Yol şöbəsində baş mühəndis, şöbə müdiri, 2001-ci ildən hal-hazıra kimi Xaçmaz bələdiyyəsində şöbə müdiri, Sədr, Sədr müavini vəzifələrində çalışır. Ailəlidir. 3 övladı var.


Hacımirzəyev Vaqif Hacımirzə oğlu
Bələdiyyə Üzvü.
Bələdiyyədə Texniki istehsalat şöbəsinin Rəisi.


Hacımirzəyev Vaqif Hacımirzə oğlu 20 yanvar 1960- cı ildə Xaçmaz rayonu Pirqulu- oba kəndində anadan olub. 1985-ci ildə Azərbaycan Pedaqoji Universitetinin Hərbi hazırlıq fakultəsini bitirib. 1985-1993- cü illərdə Əhmad-oba kənd orta məktəbində müəllim işləyib. 1994-1998-ci ildə “ Azəravtoyol” şirkətinin Yol fondu idarəsində müfəttiş, 1998-1999-cu ildə Dövlət Sığorta idarəsində Sığorta agenti, 2000- ci ildən hal- hazıra kimi Xaçmaz bələdiyyəsində “ Texniki istehsalat şöbəsi” nin Rəisi vəzifəsində çalışır. Ailəlidir.

Məmmədova Südabə Bahadır qızı
Bələdiyyə Üzvü
“Xaçmaz Rayonu Mədəniyyət evinin Direktor müavini.


Məmmədova Südabə Bahadır qızı 25 noyabr 1958- ci ildə Xaçmaz rayonunda anadan olub. Azərbaycan Dövlət Universitetinin İbtidai sinif müəllimi, Moskva şəhəri Dövlət İnstitunun Hüquqşünaslıq fakultəsini bitirib. 1976- cı ildə 2 N- li orta məktəbində Pioner baş dəstə rəhbəri, 1980- cı ildə 3 N- li orta məktəbində Komsomol katibi, 1983-cü ildə Xaçmaz rayon Kamsomol 2- ci katibi,1985-ci ildə Pioner evinin Direktoru, 1991-ci ildə Xaçmaz ( 45) 7 N- li orta məkrəbin Direktoru müavini, 2001- ci ildə Xaçmaz rayon Mədəniyyət evinin Direktoru, 2002- ci ildə Xaçmaz rayon İcra hakimiyyəti baççısı aparatında “İctimai birliklər və Siyasi partiyalarla iş şöbəsi” nin müdiri, 2005- ci ildən Xaçmaz rayon Heydər Əliyev adına Mədəniyyət evinin Direktor müavini vəzifəsində çalışır. Subaydır. Himayəsində 4 yaşlı nəvəsi var.

Musayev Beybala İsa oğlu
Bələdiyyə Üzvü
Xaçmaz Su kanalı idarəsində Rəis müavini.


Musayev Beybala İsa oğlu 25 may 1967-ci ildə Xaçmaz rayonu Molla-bürhan kəndində anadan olub. Azərbaycan İnşaat-Mühəndisləri İnstitunun Hidrotexniki-mühəndis fakultəsini bitirib. Əmək fəaliyyətinə Xaçmaz rayonun “Bakı“ sovxozunda fəhləliklə başlayıb. 1999-cu ildə Xaçmaz rayonun “ Su kanalı” idarəsində çalışıb. Hal-hazırda Xaçmaz rayon “Su kanalı” idarəsində Rəis müavini vəzifəsində çalışır. Ailəlidir . 2 övladı var.

Niftəliyeva Kəmalə Kamal qızı
Bələdiyyə Üzvü
Xaçmaz Rayonu 8 N-li Məktəb-litseyində Direktor müavini.


Niftəliyeva Kəmalə Kamal qızı 27 avqust 1970- ci ildə Xaçmaz şəhərində anadan olub. M.F. Axundov adına Rus dili və Ədəbiyyat İnstitunun Rus dili və Ədəbiyyat müəllimi ixtisası üzrə təhsil alıb. Xaçmaz şəhər Akademik Zərifə Əliyeva adına 8 N-li məktəb-litseyində Direktor müavini vəzifəsində çalışır. Ailəlidir. 2 övladı var.

Əliyeva Rəna İsmayıl qızı
Bələdiyyə Üzvü
Xaçmaz RTŞ-də Metodkabinetin müdiri.


Əliyeva Rəna İsmayıl qızı 27 oktyabr 1951 ci ildə Xaçmaz rayonunda anadan olub. Azərbaycan Pedaqoji İnstitunun Filalaogiya fakultəsində Dil- ədəbiyyat müəllimi ixtisası üzrə təhsil alıb. 1976-cı ildə Xaçmaz şəhər 5 N-li məktəbdə əmək fəaliyyətinə başlayıb. 1980- cı ildə Xudat şəhər 3N-li tam orta məktəbdə müəllim, 2001-2002- ci illərdə RİH-də Təhsil, Mədəniyyət, Səhiyyə sahəsi üzrə müavin, 2002- ci ildən RTŞ-də hal-hazıra kimi Metodkabinetin müdiri vəzifəsində çalışır. Ailəlidir. 3 övladı var.


Əsgərova Könül Rəcəb qızı
Bələdiyyə Üzvü
Xaçmaz Rayon Qadınlar Şurasının Sədr müavinidir.


Əsgərova Könül Rəcəb qızı 4 fevral 1976-cı ildə Xaçmaz rayon Hacıəhməd-oba kəndində anadan olub.Odlar Yurdu Universitetinin İbtidai metodoka fakultəsini bitirib. Hal-hazırda Xaçmaz rayon Heydər Əliyev Mərkəzində direktor vəzifəsində çalışır. YAP Xaşmaz rayon Qadınlar Şurasının Sədr müavinidir. Ailəlidir. 3 övladı var.


Hüseynov Ceyhun Cahangir oğlu
Bələdiyyə Üzvü
Xaçmaz Rayon mərkəzi Xəstəxanasında Təchizat agenti.


Hüseynov Ceyhun Cahangir oğlu 29 iyun 1984-cü ildə Xaçmaz rayonunda anadan olub. Bakı Biznes Universitetini bitirib. 2009-2010-cu ildə Xaçmaz şəhər Peşə Litseyində kadrlar üzrə İnspektor , 2010-2012-ci ildə Xaçmaz şəhər Statistika idarəsində aparıcı məsləhətçi vəzifələrində çalışmışdır. 2013-cü ildən Xaçmaz rayon mərkəzi Xəstəxanasında Təchizat agenti vəzifələrində çalışır. Ailəlidir.


Əsədullayev Arzu Əzizağa oğlu
Bələdiyyə Üzvü
Xaçmaz MRX-da həkim.


Əsədullayev Arzu Əzizağa oğlu 4 may 1965-ci ildə Xaçmaz şəhərində anadan olub. Azərbaycan Dövlət Tibb Universitetini bitirib. Xaçmaz MRX-da həkim vəzifəsində çalışır. Ailəlidir. 2 övladı var.

Hüseynov Bahadır Sabir oğlu
Bələdiyyə Üzvü
Xaçmaz Rayon Yaşıllaşdırma idarəsində çalışır.


Hüseynov Bahadır Sabir oğlu 18 avqust 1967-ci ildə Xaçmaz rayonunun Laman kəndində anadan olub. Orta təhsillidir. 1984 cü ildən Xaçmaz Rayon İstehlak Cəmiyyətində, Xacmaz şəhər bələdiyyəsində, Xaçmaz rayon Mərkəzi Xəstəxanasında çalışıb. Hal-hazırda Xaçmaz Yaşıllaşdırma idarəsində çalışır. Ailəlidir.

Sədullayeva Sevinc Nəriman qızı
Bələdiyyə Üzvü
Xaçmaz Şəhər 2N-li orta məktəbdə Təlim-tərbiyə işləri üzrə direktor.


Sədullayeva Sevinc Nəriman qızı 7 iyul 1979-cu ildə Xaçmaz şəhərində anadan olub. “Odlar Yurdu “Universitetinin İbtidai sinif metodikası və Pedaqoqikası ixtisası üzrə bitirib. 1996-cı ildə Xaçmaz rayon Gənc texniklər Stansiyasında Qrup rəhbəri, 2001-ci ildən C. Abdullayev adına Xaçmaz şəhər 2N-li tam orta məktəbdə İbtidai sinif müəllimi vəzifəsində çalışıb. 2007- ci ildən həmin məktəbdə Təlim – tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışır. Subaydır.