Online radio

Ümumi məlumat

XAÇMAZ BƏLƏDİYYƏSİNİN SİMASI

Bələdiyyə rəhbərliyi təşəbbüskardır və iş görmək həvəsi güclüdür.
Bələdiyyə ilə icma arasında sıx əməkdaşlıq münasibətləri hökm sürür.
Bələdiyyə icra aparatı yüksək ixtisaslı kadrlardan ibarətdir.
Bələdiyyə kadrları arasında ali təhsilli gənclər üstünlük təşkil edir.
Bələdiyyə idarəçiliyində müasir informasiya texnologiyalarından istifadəyə üstünlük verir.
Əlavə gəlir gətirən xidmət sahələrinin yaradılması müzakirələri aparılır.

Missiyamız Xaçmaz Bələdiyyəsi bələdiyyə üzvləri və qulluqçularının təşəbbüskarlığına və şəhər sakinlərinin idarəetmədə fəal iştirakına güvənərək onlara yüksək keyfiyyətli ictimai xidmətlər göstərməkdir.
Məqsədimiz mövcud maliyyə mənbələrindən maksimum faydalanmaqla bələdiyyənin gəlirlərini artırmaq və maliyyə potensialını gücləndirməkdir.

XAÇMAZ RAYONU ÜZRƏ ENSİKLOPEDİK MƏLUMAT
Azərbaycanda inzibati rayon. Şimal-qərbdən Dağıstan, qərbdən Qusar və Quba rayonları, cənubdan Şabran rayonu və şərqdən Xəzər dənizi ilə sərhədlənir. Rayon əsasən Samur-Şabran düzənliyində, qismən Qusar maili düzənliyinin bir hissəsində yerləşir. Rayonun mərkəzi Xaçmaz şəhəridir. Rayon 1930-cu il avqust ayının 8-də yaranmış, 1963-cü ildə ləğv edilərək ərazisi Quba və Qusar rayonlarına verilmişdir. 1965-ci ildə yenidən müstəqil rayon olmuşdur. Ərazisi 1063 km2 , əhalisinin sayı 2013-cu ilin məlumatına görə 168979 min nəfərdir. Bunun 40643 minə qədəri Xaçmaz şəhərində, qalanı isə ətraf yaşayış məskənlərinin payına düşür. Xaçmaz rayonunda mövcud 150 yaşayış məntəqəsi, 146 kənd, 2 qəsəbə və 2 şəhərdən ibarətdir. Rayon ərazisində magistral avtomobil yolu və Bakı- Moskva dəmir yolu keçir. Rayon ərazisinin 20.800 hektarı meşələrlə örtülmüşdür. Burada 8 çay, 3 süni göl var. Ərazinin bəzi yerləri dəniz səviyyəsindən 27 metr aşağıdır. Xaçmazın iqlimi mülayimdir. Xaçmaz şəhərinin ərazisi 12,8 kvadrat kilometrdir.
Şəhər Bakıdan 163 km aralı, Qudyalçayın sahilindədir.

Yaşayış məntəqəsi kimi özü XVIII əsrin əvvələrindən salınsa da, tarixi mənbələrdə “Xaçmaz” toponimik adına VII-IX əsr müəlliflərinin əsərlərində rast gəlinir. Rayon ərazisindən (Tel, Sərkərtəpə ) Daş dövrünə aid tarixi maddi-mədəniyyət nümunələri tapılmışdır. Qədim memarlıq abidələrindən Şıxlar kəndində Şeyx Yusif türbəsi (XV əsr), altı üzlü türbə (XIX əsr ) var.
Ümumiyyətlə, Xaçmaz rayonu ərazisində 62 memarlıq abidəsi qeydə alınmışdır. Bunlardan ikisi - Sərkərtəpə və Canaxır kurqanları dünya əhəmiyyətli abidələrdir.İri yaşayış məntəqələri Xaçmaz , Xudat şəhərləri və Nərəcan, Çarxı, Qusarçay kəndləridir.
Şəhər XIX əsrin 90-cı illərində tikilmiş dəmir yol stansiyası əsasında salınmışdır.
Nəqliyyat vasitəsinin kodu 27
Telefon kodu 2332
Poçt kodu AZ 2700

XAÇMAZ BƏLƏDİYYƏSİ HAQQINDA ÜMUMİ MƏLUMAT

Ümumi məlumat

Ölçü vahidi

Məlumat üzrə göstərici

Bələdiyyə ərazizi üzrə

Bələdiyyənin əhatə etdiyi ərazinin statusu

Şəhər/kənd

qəsəbə

 

Bələdiyyə ərazisinin ümumi ərazisi

Kv.km/ha

 

BƏLƏDİYYƏ ƏHALİSİ ÜZRƏ

Bələdiyyə ərazisində ev təsərrüfatlarının sayı

ədəd

 

Bələdiyyə ərazilərində olan ev təsərrüfatları arasında ailə başçısı qadən olan təsərrüfatların sayı

ədəd

 

Əhalinin ümumi sayı

nəfər

 

O cümlədən

Kişilər

nəfər

 

Qadınlar

nəfər

 

Əlillərin sayı

nəfər

 

O cümlədən

1-ci qrup əlillər

nəfər

 

2-ci qrup əlillər

nəfər

 

3-cü qrup əlilər

nəfər