Online radio

Bələdiyyə icra aparatı


Ələkbərov Turab Əli oğlu


İçtimaiyyətlə Əlaqələr Şöbəsi, Mətbuat katibi, Hüquq Şöbəsinin müdürü.

Ələkbərov Turab Əli oğlu 26 noyabr 1968- ci ildə Şabran (Dəvəçi) rayonun Böyük-həmyə kəndində anadan olub. 1994- cü ildə Xaçmaz rayon İstehlak Cəmiyyəti KTST Birliyinin 3 N- li mağasasına müdir-satıcı vəzifəsinə, 1995-ci ildə “Xidmət” kiçik müəssisəsinə məxsus “Avtomobillərin təmiri sexinə” müdir, 1996- cı ildə ”Xidmət” k/m məxsus “Qaynaqçı”, “Avtoyuyucu”, “Taxta məişət emalı “ sexlərinə sahə rəisi vəzifələrində çalışıb. Ailəlidir. 2 övladı var.


Hüseynov Tural Babək oğlu


Baş mühasib.

Hüseynov Tural Babək oğlu 23 fevral 1988- ci ildə Bakı şəhərində anadan olub.”Azərbaycan Dövlət İqtisad Universiteti”nin Maliyyə-kredit fakultəsini bitirib. “EMA” şirkətində mühasib köməyçisi, “Vriqley” şirkətində supervayzer vəfifələrində çalışıb. Subaydır.


İbrahimov Vahid Məhəmməd oğlu


İçtimaiyyətlə Əlaqələr Şöbəsində Radio texnik.
İbrahimov Vahid Məhəmməd oğlu 1 iyul 1988-ci ildə Xaçmaz şəhərində anadan olub. Xaçmaz şəhər 92 saylı Peşə Litseyini bitirib. 2010 –cu ildə RTV-də Mantajçı texnik, 2011-2013-cü illərdə XTV –də Texniki-direktor, 2013-cü ildən “SMART SYSTEM” şirkətində bölgə üzrə Texnik vəzifəsində çalışıb. Ailəlidir.