Online radio

Sədr


Qasımov Rəşad Şərafəddin oğlu

Xaçmaz bələdiyyəsinin sədri.

Qasımov Rəşad Şərafəddin oğlu 1972- ci il 14 iyulda Quba rayonunun Qonaqkənd qəsəbədində anadan olub.1979- cu ildə həmin qəsəbənin orta məktəbinin 1-ci sinfinə daxil olub.Yaşayış yerini dəyişməyilə əlaqədar olaraq təhsilini Xaçmaz şəhər 1 saylı tam orta məktəbində davam etdirmişdir. 1990- cı ildə Azərbaycan Dövlət Neft Akademiyasının Energetika fakultəsinə daxil olmuşdur. 1995 –ci ildə həmin Akademiyanın Sənaye Müəssələrinin Elektrik təchizatı ixtisası üzrə bitirmişdir. 1996-97 – ci illərdə Xaçmaz Elektrik şəbəkəsində Mühəndis vəzifəsində işləmişdir. 1997- ci ildən yaşayış yerini dəyişməyi ilə əlaqədar öz xahişi ilə işdən azad olunmuşdur. 2000-2002- ci illərdə Müdafiə Nazirliyinin N saylı h/h-də hərbi xidmətdə olmuşdur. 2002- ci ildə baş Leytenant hərbi rütbəsi ilə ordudan təxris olunmuşdur. 2004-cü ildən Bakı YGEŞ MMC-də 220 kV-luq Müşviq y/st –da növbətçi mühəndis, həmin ildən etibarən Sumqayıt YGEŞ MMC-də Xaçmaz YGEŞR - nun aparıcı mühəndis şəbəkə rayonunun rəisi, 2006- cı ildən Xaçmaz EQ MMC-nin baş mühəndisi , 2006- cı ildə Xaçmaz Regional Elektrik şəbəkəsi idarəsinin rəisi, 2007-ci ildə Xaçmaz rayon Regional Enerji satış idarəsinin rəisi, 2008-ci ildə Xaçmaz rayon Elektrik şəbəkəsi rəisi, 2009- cu ildə Quba rayon Elektrik şəbəkəsi rəisi vəzifəsində işləyib. Ailəlidir, iki övladı var.