Online radio
Azərbaycan Respublikası Xaçmaz rayon Xaçmaz bələdiyyəsi vergi xidməti orqanının tanınma nişanı haqqında

“Azərbaycan Respublikası Xaçmaz rayon Xaçmaz bələdiyyəsi
vergi xidməti orqanının tanınma nişanı haqqında”
XAÇMAZ RAYON XAÇMAZ BƏLƏDİYYƏSİ SƏDRİNİN SƏRƏNCAMI
1.
Azərbaycan Respublikası Konstitusiyasının 144-cü
maddəsinin I paraqrafının 6-cı bəndini və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan
Respublikası Qanununun 19.4-cü maddəsini rəhbər tutaraq Sərəncam verirəm:
a.
“Azərbaycan Respublikası Xaçmaz rayon Xaçmaz bələdiyyəsi vergi xidməti orqanının tanınma nişanı
haqqında” Əsasnamə yeni redaksiyada təsdiq edilsin (əlavə
olunur).
b.
“Azərbaycan Respublikası Xaçmaz rayon Xaçmaz bələdiyyəsi vergi xidməti orqanının tanınma nişanı
haqqında” Xaçmaz bələdiyyəsinin 20 iyun 2012-ci il tarixli
iclasının 11 saylı protokolunun 2 saylı qərarının 1-ci maddəsi qüvvədən düşmüş
hesab edilsin.
c.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Xaçmaz
şəhəri, 23 may 2014-cü il Xaçmaz
rayon Xaçmaz bələdiyyəsinin sədri
№ 03 Rəşad Qasımov
“Azərbaycan
Respublikası Xaçmaz rayon Xaçmaz bələdiyyəsi vergi
xidməti orqanının tanınma nişanı haqqında”
ƏSASNAMƏ
1.
Azərbaycan Respublikası Xaçmaz rayon Xaçmaz bələdiyyəsi vergi xidməti
orqanının tanınma nişanı (şəkil 1) onun rəmzidir.
2.
Tanınma nişanı Xaçmaz rayon Xaçmaz bələdiyyəsi
vergi xidməti orqanının hər bir əməkdaşına Xaçmaz rayon Xaçmaz bələdiyyəsinin iqtisadi suverenliyini və təhlükəsizliyini müdafiə etmək, öz xidməti vəzifələrini vicdanla yerinə yetirmək borcunu xatırladır.
3.
Azərbaycan Respublikası Xaçmaz rayon Xaçmaz bələdiyyəsi vergi xidməti orqanının
tanınma nişanı dairəvi formadadır. İncə və qalın tünd mavi rəngli kənarları və
kölgəsi olan 1-cisi geniş, 2-cisi orta geniş və 3-cüsü incə, 3 ədəd çənbərlə əhatə
edilmiş, üzərində xüsusi kompozisiya təsvir olunmuşdur.
4.
Tanınma nişanının 1-ci geniş çənbərinin yuxarı yarım
hissəsində tünd mavi rəngdə və incə şriftlə “AZƏRBAYCAN RESPUBLİKASI
XAÇMAZ RAYON XAÇMAZ BƏLƏDİYYƏSİ” sözləri yazılmışdır.
5.
Tanınma nişanının mərkəz hissəsində Oğuz (Mətə Yabqu / e.ə.
209-e.ə. 174) xanın möhrü təsvir edilmiş, möhrün çizgiləri tünd göy rəng ilə çəkilmiş, möhürdə təsvir
edilmiş 3 (üç) ədəd səkkiz guşəli ulduzlardan ən altda qalan və ən böyük olanı
üç rəngli Azərbaycan Respublikası dövlət bayrağının yaşıl rəngi ilə, ortadakı
ulduz Azərbaycan Respublikası dövlət bayrağının qırmızı rəngi ilə, ən üstdəki və
ən kiçik ulduz Azərbaycan Respublikası dövlət bayrağının mavi rəngi ilə
boyanmış, möhrün ortasında isə Oğuz xanın dövründə bilinən ilk vergi sisteminin
təşkili şərəfinə Ağ Hun İmperiyasının pul vahidi olan 1 (bir) ədəd qızıl Hono
yerləşdirilmişdir.
6.
Tanınma nişanının 1-ci geniş çənbərinin sol yarım hissəsində qızıl sarısı rəngində 9 (doqquz) ədəd buğda
ilə sünbül rəsmi, sağ yarım hissəsində isə palıd yaşılı rəngində 9 (doqquz) ədəd
palıd yarpağı və 9 (doqquz) ədəd palıd qozası təsvir
edilmişdir.
7.
Tanınma nişanının 1-ci geniş çənbərinin aşağı yarım
hissəsində “YERLİ VERGİLƏR VƏ ÖDƏNİŞLƏR ŞÖBƏSİ” sözləri yazılmışdır.
8.
Azərbaycan Respublikası Xaçmaz rayon Xaçmaz bələdiyyəsi vergi xidməti
orqanının tanınma nişanı bələdiyyə vergi xidməti orqanının vəzifəli şəxslərinin xüsusi geyim
formasında daşınır, hər növ blanklarında, inzibati binalarının girəcəklərində, avtonəqliyyat vasitələrində və digər sahələrində istifadə olunur.

Azərbaycan Respublikası Xaçmaz rayon Xaçmaz bələdiyyəsi
vergi xidməti orqanının tanınma nişanı