Online radio
Vergi orqanının rəisi Rövşən Qasımov Amerika Birləşmiş Ştatlarına işgüzar səfərdə olmuşdur. (2 ci bölüm)
Əvvəlcə mən New York şəhərinin tarixinə çox dəyər verdikləri üçün BSC-nə və bu cəmiyyətin rəhbəri xanım Rowe öz təşəkkürümü bildirdim. İnsanların öz keçmişlərinə hörmət göstərmələri onların əsalətini göstərir. Bu anlayış həm bu gün özlərinə hörmət etdiklərinə, həm də gələcəklərinə hörmət edəcəklərinə dair bir ifadənin təzahürüdür. Əfsus ki, hər yerdə belə yüksək ideallar yoxdur. Misal üçün elə bizim qonşumuz Ermənistan Respublikasını götürək. Ermənistanın bu gün paytaxtı olan İrəvan (Yerevan) şəhərində, şəhərin quruluşuna dair son tarixi əsər olan İrəvan xan sarayı kompleksinin həmyaşıdları – Bakıda Şirvanşahlar sarayı, Şəkidə Xan sarayı kompleksləri bu gün də yaşayır, keçmişdən bu günə soraq verirlər. İrəvanda isə keçmişdən soraq verən bircə dənə də olsun tarixi abidə qalmamışdır. İrəvan rəsmiləri bu gün xaricdən gələn qonaqlara və tədqiqatçılara “qədim erməni torpağında” və onun “qədim paytaxtında” yaşı 200 ildən yuxarı bircə dənə də olsun tarixi abidə göstərə bilmirlər.
Azərbaycanlılara məxsus əsrlər boyu yaranmış tarixi-memarlıq abidələrinin izini silən ermənilər, indi biznes şəbəkəsi qurmaq məqsədilə “İrəvan qalası” layihəsi hazırlamışlar. Şəhər ətrafında – keçmişdə Təzəkənd adlanan, indi isə ermənilərin Noraqyuğ adlandırdıqları massivdə 184 hektar ərazidə inşa edilməsi nəzərdə tutulan layihənin ilkin smeta dəyəri 6-7 milyard ABŞ dolları civarındadır. Həmin layihədə ticarət obyektləri, karvansaralar, Şərq hamamları ilə yanaşı mini “Sərdar sarayı” da inşa edilməsi də nəzərdə tutulur. Həmin layihə başa gəlsə belə, onun tarixi-memarlıq baxımından heç bir qiyməti ola bilməz. Çünki Şərq memarlığının nadir incisi hesab edilən İrəvan xanlarının saray kompleksi ermənilərin dağıdıcı fəaliyyətləri nəticəsində yüz ildir ki, tarixin yaddaşına köçüb.
Sonra mən xanım Roweyə sual verdim ki, cəmiyyətinizin başlığında bələdiyyə adının var olması bir qarışıqlığa yol açmadığına görə New York şəhər bələdiyyəsi ilə münasibətlərinizi necə tənzimləyirsiniz? Yəni New York şəhər bələdiyyəsi var ikən, sizin birbaşa hansısa layihəni həyata keçirmək şansınız necə formalaşır?
Xanım Rowe bildirdi ki, onlar New York şəhər bələdiyyəsi məclisinin müvafiq komissiyalarında iştirak edirlər. 25 mindən çox həqiqi üzvlərinin və sosial şəbəkələrdəki daha çox sayda olan üzvlərinin vasitəsilə bir gündəm formalaşdıra bilirlər. Bunlar sosial kompaniyalar vasitəsilə New York şəhər bələdiyyəsinin qərarlarına təsir metodlarıdır. Əlbəttə ki, bir gün New Yorklular bizi dəstəkləməkdən vaz geçdiklərində biz də olmayacayıq. Ancaq unutulmamalıdır ki, 120 ildən çox yaşı olan köklü bir cəmiyyət kimi bəzi hüquqlarımız artıq ictimailəşmiş və leqallaşmışdır. Bunun üçün adımızın başında Bələdiyyə ifadəsi mövcuddur. Daha sonra seremoniyaları tamamlyaraq biz buradan ayrıldıq və gecikdiyimiz üçün sürətlə növbəti görüş yerinə doğru tələsdik.
d. 13-cü ünvan: (Project for Public Space-PPS)
İctimai Sahələr Layihəsi üzrə müavini cənab Ethan Kentlə görüşümüz saat 12:15-də baş tutdu. Özünü təqdim etdikdən sonra mövzu barədə açıqlama verən cənab
Kent, bildirdi ki, onların əsas məsələsi şəhərlərdə problemli kiçik nöqtələr üzərində işləməkdən ibarətdir. Belə ki, bütün dünyada xüsusilə böyük
metropollarda belə kritik məkanlar mövcuddur. Belə lokal yerlərdə uyuşdurucu satışından tutmuş, bir çox aqressivliyin gündəlik həyatın parçası halına
gəldiyi, çox sayda cinayət hadisələrinin baş verdiyi bilinir.
Bu iş bir növ şəhərsalma həkimliyi kimi fəaliyyət göstərir. Şəhərin “ölü” məkanlarının canlanması da bizim fəaliyyət sahələrimizdəndir.
Sonra cənab Kent bizə müraciət edərək, öncəliklə bizim bu mənada bir fəaliyyətinizin olub olmamasını soruşdu. Mən dərhal Xaçmaz şəhərindən bəhs edərək
bildirdim ki, Azərbaycanda xüsusilə rayon mərkəzlərində müstəqil həyət evlərinin torpaq sahələri daş və ya beton hasarla çevrələnibdir. Bu vəziyyət
Azərbaycanda kiçik şəhərlərə hətta labirent görüntüsü də verir. Bu zaman biz Xaçmaz şəhərində bu divarların küçəyə baxan hissəsini istifadə etmək qərarına
gəldik. Bir çox yerlərdən xüsusilə Amerikadan fərqli olaraq şəxsən də mənim fikrimcə, kimin tərəfindən tikilməsindən asılı olmayaraq ki, adətən torpaq
sahibi tərəfindən divarlar tikir, o divarların küçəyə baxan hissəsi ictimai sahə kimi bələdiyyənin sərəncamında olmalıdır. Yalnız öz torpağına baxan
hissəsi özünün sərəncamında olmalıdır. Buna görə də həmin divarların, hasarların küçəyə baxan hissəsi bələdiyyə olaraq tərəfimizdən daha estetik və
standart formalar salınaraq bu divarlardan tablet lövhələrlə müxtəlif mesajlar, gül şəkilləri yerləşdirməklə, həmçinin reklam üçün istifadə edilməsinə
şərait təşkil etməklə bu sahələrə iqtisadi dəyər əlavə etmiş olduq. Həmçinin bu divarlara qədim və müsair tariximizi əks etdirən müxtəlif mədəni, sosial
layihələr də yerləşdirmiş olduq.
Cənab Kent bildirdi ki, misal üçün bəzi meydanlar, park sahələri insanlar tərəfindən ya istifadəsiz, ya da keyfiyyətsiz şəkildə istifadə edildiyi bilinir.
Bu parklar və ya meydanlar bir müddət sonra pis niyyətli şəxslərin, ya da təşkilatların məkanına çevrilir. Ona görə belə yerlərin daha gözəl istifadə
edilməsi üçün, yəni daha çox insanı cəzb edəcək, sosial aktivlik məkanına çevrilməsinə çalışırıq.
13 ölkədə işlədiklərini bildirən cəna Kent, ilk dəfə Çex republikasında bir layihəyə imza atdıqlarını qeyd etdi. Bu layihələrə bəzən Rockfeller kimi bəzi
fondlar dəstək olarkən. bəzən də sifarişçi ölkələr özləri bu layihələr üçün fond təşkil edirlər.
Bizim əsas devizlərimizdən bir də şəhərlərimizin insanların aktiv olaraq sosial həyat tərzinə uyğun hala gətirilməsidir. Buna ən böyük əngəllərdən biri də
çoxmənzilli yaşayış sahələrinin buna əlverişli ikən tərsinə bu fürsətlərin texnologiya ilə əngəllənmiş olmasıdır. Şəhər maşın sürücülərinin əyləncəsi üçün
deyildir. Əksinə şəhərlər insanların rahatlığı üçün olmalıdır.
Buradan ayrıldıqdan sonra saat 12:30-da otelimizə döndük. Günortadan sonra hərkəs xanım Jesionowskinin iştirakı ilə New York gəzintisinə çıxmışdı. Mən isə
cənab Borukhovla birlikdə, xanım Levisin verdiyi sözün yerinə
yetirilməsi üçün New York kitabxanasını ziyarət etdik.
11 fevral 2014
f. 15-ci ünvan: (Columbia University, Graduate School of Architecture, Planning Preservation)
Dr. Lance Freeman bizi saat 13:00-da qəbul edərək, dərs otağında yeməkli bir görüşmə təşkil etmişdi. Bu görüşməmiz mənə Dr. Cohenlə və Cənab Jeff Soule
keçirdiyimiz görüşlərimizi xatırlatdı.
Dr. Freeman şəhər planlaması üzrə mütəxəssisdir. Onun təcrübəsində onlarla jurnallarda araşdırma mətnləri, yüzlərlə həqiqi layihələr, araşdırmacı tələbə
layihələri mövcuddur. Dr. Freeman şəhərsalmanın təməl aspektlərini sıralarkən bildirdi ki,
1-Fiziki aspekt
2-Sosial aspekt
3-Ekonomik aspekt
4-Siyasi aspekt
bu fəaliyyət sahəsində mövcuddur. Daha sonra mənim bütün bu sistemlərin içində hüquq aspektinin varlığının ayrıca qeyd edilməməsini, ayrıca ələ alınmaması
məsələsini soruşduğumda hüquq aspektinin varlığının danılmadığı, yalnız hüququn təbii bir maraq məsələsi çərçivəsində diqqətə alındığı şəklində Dr. Freeman
cavabladı.
Buradan da görüşümüz seremoniya ilə başa çatdıqdan sonra ayrıldıq.
g. 16-cı ünvan: (son görüş; The Cooper Union/The Irwin S.Chanin School of Architecture)
Ən çox gecikdiyimiz bu son görüşümüz, The Union Cooper təhsil markasının fəaliyyətə başladığı 150 yaşındakı binada keçirildi. The Union Cooper binası
başlanğıcda pulsuz kitabxana xidməti göstərmək məqsədi üçün tikilmişdir. Bu təhsil ocağında Linkoln kimi 16-cı ABŞ prezidenti tələbə olmuşdur. Bu gün bu
binada, binanın ən geniş zalı sadəcə arxitektura sahəsində təhsil alan tələbələr üçün ayrılmışdır.
Bizi The Union Cooperdə xanım Elizabeth O’Donnell və xanım Robyn Fitzsimmons qarşıladı.
Xanım O’Donnell və həmkarı bizə universitet barədə geniş məlumatlar verdi. Burada təhsil 5 illikdir. Bu universitetdə, istər Amerikalı və istərsə xarici
ölkə universitetlərindən tələbələrin transfer imkanları vardır. Arxitektura bölümündə hal-hazırda 150 tələbə təhsil alır.
Daha sonra biz universitetin sinifləri gəzdik, tələbələrin hazırladığı layihələr və çalışma zalları ilə tanış olduq.
Axırıncı görüşümüz də başa çatdıqdan sonra biz otelimizə döndük. Artıq sabah səhər geri dönüş üçün həyəcan başlamışdı.
12 fevral 2014
h.
Azərbaycana dönüş.
Saat 09:00-da oteldən minibusla New York, JFK Beynəlxalq aeroportuna tərəf yola düşdük. Saat 12:55-də tərcüməçilərimiz ilə vidalaşdıqdan sonra THY-nın TK4
səfər saylı təyyarəsinin gözləmə zalına tərəf istiqamətlənmişdik.
Artıq 13.02.2014-cü il saat 13:30-da Heydər Əliyev adına aeroportda idik.