Online radio

Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında

Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Bu Qanun bələdiyyə torpaqlarının idarə edilməsi xüsusiyyətlərini nəzərə almaqla

mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydalarını, istifadəsi və mühafizəsi

sahəsində hüquq münasibətlərini tənzimləyir.

I fəsil

ÜMUMİ MÜDDƏALAR 1

Maddə 1. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan

Respublikasının qanunvericiliyi

Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının

qanunvericiliyi bu Qanundan, Azərbaycan Respublikasının Torpaq və Mülki Məcəllələrindən,

"Bələdiyyə əraziləri və torpaqları haqqında" və "Şəhərsalmanın əsasları haqqında" Azərbaycan

Respublikası Qanunlarından v ə torpaq münasibətlərini tənzimləyən Azərbaycan

Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir.

Maddə 2. Bələdiyyə torpaqlarının tərkibi

2.1. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət

mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar

bələdiyyə torpaqlarıdır.

2.2. İstifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının

qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki

şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına

bölünür.

2.3. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, məqsədli təyinatına və hüquqi

rejiminə görə bələdiyyə torpaqlarının tərkibinə bütün kateqoriyalardan olan torpaqlar daxil

edilə bilər.

2.4. Müəyyən kateqoriyaya aid edilmiş bələdiyyə torpaqlarının başqa məqsədlər üçün

istifadəsinə yalnız məqsədli təyinatının dəyişdirilməsindən sonra yol verilə bilər.

Maddə 3. Bələdiyyə torpaqlarının idarə edilməsinin əsas prinsipləri

3.0. Bələdiyyə torpaqlarının idarə edilməsi aşağıdakı prinsiplərə əsaslanır:

3.0.1. torpaqların məqsədli təyinatı üzrə istifadə edilməsi və dövriyyədən əsassız

çıxarılmasına yol verilməməsi;

3.0.2. torpaqların münbit qatının b ərpası, artırılması, mühafizəsi, təbii və antropogen

təsirlərdən qorunması;

3.0.3. torpaqların xüsusi mülkiyyətə , istifadəyə və icarəyə verilməsində qanunvericiliyə və

sosial ədalət prinsiplərinə əməl edilməsi;

3.0.4. torpaqdan haqqı ödənilməklə istifadə edilməsi;

3.0.5. müxtəlif məqsədlər üçün mülki dövriyyəyə cəlb edilən torpaqlar barədə əhalinin

məlumatlandırılması.