Online radio
Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə

Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması
qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması
qaydaları haqqında" Əsasnamə təsdiq edilsin (əlavə olunur).
2. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 mart 2002-ci il
№ 274-IIQ
Azərbaycan Respublikasının 2002-ci il
15 mart tarixli, 274-IIQ saylı Qanunu ilə
TƏSDİQ EDİLMİŞDİR
"Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və
razılaşdırılması qaydaları haqqında"
ƏSASNAMƏ
Bu Əsasnamə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası
Qanununun 6.5-ci maddəsinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə vermək üçün
bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması
qaydalarını müəyyən edir.
I. ÜMUMİ MÜDDƏALAR
1. Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi
və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə
əsasında həyata keçirilir.
2. Xüsusi mülkiyyətə verilən bəl ədiyyə torpaqlarının ölçüsü müvafiq inzibati ərazi vahidi
üzrə adambaşına düşən orta torpaq norması, yerli şərait, əhalinin sıxlığı, torpaq ehtiyatlarının
miqdarı və bu məqsədlə yaxın dövr üçün tələbat nəzərə alınmaqla bələdiyyə tərəfindən
"Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.1-
8.0.6-cı maddələrinə uyğun olaraq müəyyən edilir.
3. İstifadəyə və icarəyə verilən bələdiyyə torpaqlarının ölçüsü müvafiq inzibati-ərazi vahidi
üzrə adambaşına düşən orta torpaq norması, yerli şərait, əhalinin əsas məşğuliyyəti, torpaq
ehtiyatının miqdarı nəzərə alınmaqla müvafiq bələdiyyə tərəfindən müəyyənləşdirilir.
4. Bələdiyyə torpaqları bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların
istifadəsinə və bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda Azərbaycan
Respublikası vətəndaşlarının mülkiyyətinə bilavasitə, digər hallarda hüquqi və fiziki şəxslərin
mülkiyyətinə (icarəsinə) torpaq hərracları və ya müsabiqələri vasitəsilə "Bələdiyyə torpaqlarının
idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu və 10 -cu maddələrinə,
"Torpaq bazarı haqqında" Azərbaycan Respublikası Qanununun 8 -ci və 15-ci maddələrinə və
bu Əsasnaməyə uyğun olaraq verilir. 1
Yükləmə